Əliyar Ağayev qrupda Almaniya klubunun oyununu idarə edəcək
UEFA FİFA referisi Əliyar Ağayevə növbəti dəfə etimad göstərib.
Mediasport.az xəbər verir ki, 36 yaşlı hakim UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Serbiyada keçiriləcək “Baçka Topola” - "Frayburq" (Almaniya) qarşılaşmasını idarə edəcək.
Görüşün yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmrəli olacaqlar. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Oktyabrın 26-da baş tutacaq matç Bakı vaxtilə saat 20:45-də başlanacaq.
Qeyd edək ki, Əliyar Ağayev cari yarışın qrup mərhələsinin ikinci turunda Polşada oynanılmış “Rakuv" - “Şturm” (Avstriya) (0:1) duelində söz sahibi olub.