Azər Bağırov: "Səfər oyunu idi, nəticə bizi qane etdi"
"Çətin oyun oldu. Birinci hissə daha çox topsuz qaldıq. Meydanda öz işimizi ikinci yarıda gördük"
Mediasport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
Premyer Liqanın 9-cu turunun “Sabah”la (1:1) səfər oyunu haqda danışan gənc mütəxəssis əsasən ikinci hissədə daha yaxşı oynadıqlarını vurğulayıb:
"Fasilədən sonra daha çox hücuma çıxmağa çalışdıq. Səfər oyunu idi. Nəticə bizi qane etdi. Futbolda belə şeylər olur. Qol vuran tərəf psixoloji cəhətdən üstülüyü ələ alır. İki-üç dəqiqə vaxt lazımdır ki, futbolçular durumu geri qaytarsınlar. Bizdə də bu hal yaşandı. Amma şükürlər olsunki, bir xal qazandıq. Xallarımızı çoxaltmalıyıq".