Avroliqada 1/8 final: "Qarabağ" Almaniya klubu ilə qarşılaşacaq
Tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın rəqibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu bu raundda cari mövsüm eyni qrupda üz-üzə gəldiyi Almaniyanın "Bayer" klubu ilə qarşılaşacaq.
Püşkdə səpələnməmişlər səbətində yer alan "köhlən atlar" ilk qarşılaşmasını Bakıda keçirəcək.
İlk görüşlər martın 7-də, cavab matçları 14-də oynanılacaq.