"Azərbaycanla oyunu səbirsizliklə gözləyirik" - Viktor Stine

"Azərbaycanla oyunu səbirsizliklə gözləyirik" - Viktor Stine

Milli komandamızla yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaq Moldova millisinin futbolçusu Viktor Stine görüş öncəsi fikirlərini bölüşüb.

mediasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hazırlıq matçı da olsa, belə oyunların nəticəsinin əhəmiyyət kəsb etdiyini deyib.

"Azərbaycan və Rumıniya ilə oyunu səbirsizliklə gözləyirik. Əldə edəcəyimiz nəticə bizim üçün vacibdir" deyən "Panserraikos"un futbolçusu yaxşı oyun göstərməyə çalışacaqlarını bildirib.

Moldova - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 21:00-da, Kişinyovdakı "Zimbru" stadionunda baş tutacaq.