Millidən "Qarabağa 3 qol

Millidən "Qarabağa 3 qol

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, “Qarabağ”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 3:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. U-16-nın qollarını Əli Qurbanov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

Yığma əvvəlki oyunlarda “Neftçi”nin U-17 komandasını 1:0 məğlub etmişdi, “Sabah”ın U-17 komandası ilə 1:1 hesablı heç-heçə oynamışdı.