Mahir Emreli azarkeşlərə səsləndi
Almaniyanın "Nürnberq" klubunda forma geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli 2-ci Bundesliqanın 11-ci turunun "Hamburq"la səfər qarşılaşmasından (1:1) sonra izləyicilərinə müraciət edib.
Mediasport.az xəbər verir ki, 62-ci dəqiqədə qol vurmaqla komandasına səfərdə bir xal qazandıran 27 yaşlı forvard sosial şəbəkə hesabında etdiyi paylaşımla azarkeşlərə təşəkkürünü bildirib:
"Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm".
Xatırladaq ki, Emreli yeni klubunda "Hoffenhayma"la kubok matçı daxil ardıcıl 4-cü oyununda 4-cü qolunu vurub.