Mahir Emreli oynamadı, komandası Xorvatiya Superkubokunu qazandı

Mahir Emreli oynamadı, komandası Xorvatiya Superkubokunu qazandı

Xorvatiyada futbol üzrə Superkubokun qalibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, həlledici qarşılaşmada milli komandamızın hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" ilə "Hayduk" komandaları qarşılaşıb.

Ölkə çempionu ilə Xorvatiya Kubokunun qalibinin duelində güclü tərəf Zaqreb təmsilçisi olub. Mahirin 90 dəqiqə ehtiyatda qaldığı matçda yeganə qolu 52-ci dəqiqədə Martin Baturina vurub.

Qeyd edək ki, 27 yaşlı forvard klubuna yeni qoşulub. O, ötən mövsümün ikinci hissəsini icarə əsasında Türkiyənin "Konyaspor" komandasında keçirib.