1/8-ə çıxan boksçumuz olimpiya lisenziyasına doğru addımlayır
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Mediasport.az xəbər verir ki, bu gün döyüşə atılacaq Azərbaycan idmançılarından ilk olaraq rinqə Zeynəb Rəhimova çıxıb.
54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final mərhələsi çərçivəsində efiopiyalı Aqerie Bayevlə qarşılaşıb.
Görüş təmsilçimizin tam üstünlüklü qələbəsilə yekunlaşıb.
Turnirdə ikinci qələbəsini qazanan Zeynəb 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb.
Yığmamızın üzvü növbəti görüşünü martın 9-da keçirəcək. Rəhimova növbəti 2 görüşdə qalib gəlsə, yayda keçiriləcək olimpiadaya vəsiqəni rəsmiləşdirəcək.
Qeyd edək ki, bu gün daha 4 boksçumuz qüvvəsini sınayacaq.
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə və Sərxan Əliyev (71 kq) Aleksandr Trofimçukla (Litva) döyüşəcək.