İki boksçumuz Daşkənd mundialında bürünc medalı təmin etdi - DÇ-2023"
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə Dünya çempionatı davam edir.
mediasport.az xəbər verir ki, yarışın 11-ci günündə Azərbaycan yığmasının iki üzvü yarımfinala vəsiqə qazanıb.
Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 final döyüşündə qələbə qazanmaqla ən azı mundialın bürünc medalını təmin ediblər.
Kubalı legionerimiz finala gedən yolda Gürcüstan təmsilçisi Georgi Kuşitaşvili ilə qarşılaşacaq. Ardıcıl ikinci dəfə DÇ-nin yarımfinalına çıxan Abdullayevin rəqibi isə kubalı Fernando Lopes Arsola olacaq. Yarımfinal döyüşləri sabah keçiriləcək.
Daha əvvəl Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialı medalsız başa vurub.