"Zirə" və "Sabah"ın avrokubok oyunları canlı yayımla veriləcək

 "Zirə" və "Sabah"ın avrokubok oyunları canlı yayımla veriləcək

Bu gün futbol üzrə UEFA Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, Azərbaycanın iki təmsilçisi cavab qarşılaşmasına çıxacaq.

"Sabah" Bakıda İsrailin "Makkabi" (Hayfa) klubu ilə görüşəcək, "Zirə" Slovakiyada "DAK 1904"ün qonağı olacaq.

Azərbaycanlı futbolsevərlər hər iki matçı tv vasitəsilə canlı izləyə biləcəklər.

20:00-da start götürəcək "Sabah"ın dueli İctimai TV vasitəsilə canlı yayımlanacaq.

Axşam saatlarında - Bakı vaxtilə 22:30-dan etibarən isə "CBC Sport" kanalında "Zirə"nin oyunu canlı yayımla təqdim ediləcək.