UEFA Millətlər Liqası: Yığma komandamızın rəqibləri məlum oldu

UEFA Millətlər Liqası: Yığma komandamızın rəqibləri məlum oldu

Qadın futbolçular arasında ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqası turnirinin 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, mərasim Bu gün İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi "C" Liqasının 3-cü qrupunda Monteneqro, Kipr və Farer adaları komandaları ilə mübarizə aparacaq. Qrup oyunları bu ilin sentyabr, oktyabr, dekabr aylarında keçiriləcək. Turnirin final mərhələsi isə 2024-cü ildə təşkil olunacaq.