Rusiya klubunun rəsmisi Murad Musayev üçün Bakıya gəlib
Rusiyanın "Şinnik" klubunun nümayəndələri "Sabah"ın baş məşqçisi Murad Musayevlə danışıqlar aparmaq üçün Azərbaycana gəliblər.
Mediasport.az xəbər verir ki, Birinci Liqa klubunun idman koordinatoru Aleksandr Pobeqalovun rusiyalı mütəxəssislə Bakıya danışıq üçün səfər etdiyini klubun baş direktoru Halimcan Xayrulin açıqlayıb.
O, Rusiya mətbuatına açıqlamasında bunları deyib: "Bəli, Aleksandr Mixayloviç Azərbaycana yollanıb. Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik".
Qeyd edək ki, "Sabah"ın Murad Musayevlə müqaviləsi mövsümün sonuna qədərdir. O, Azərbaycanda 2021-ci ildən çalışır.
Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə də hallanırdı.