Autsayderlər üçün ev sınaqları

Autsayderlər üçün ev sınaqları

Azərbaycan 1-ci Liqasında 6-cı turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Yarışda 1 xalı olan 2 komanda - "Qaradağ Lökbatan" və "Difai" müvafiq olaraq, "Baku Sportinq" və "Zaqatala" ilə üz-üzə gələcəklər.

Buna qədər "Cəbrayıl" "Mingəçevir"i (3:0), "Karvan" MOİK-i (3:2) məğlub edib.

Tura "Qəbələ" - "İmişli" oyunu ilə yekun vurulacaq.

Azərbaycan 1-ci Liqası. 6-cı tur

25 oktyabr

14:00 "Qaradağ Lökbatan" - "Baku Sportinq"

Baş hakim: Əli Əliyev.

Yan xətt hakimləri: Kamran Bayramov, Gülnurə Əkbərzadə.

Ehtiyat hakim: Rəsul Babayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Lökbatan OİK stadionu.

14:30 "Difai" - "Zaqatala"

Baş hakim: Rəvan Həmzəzadə.

Yan xətt hakimləri: Asiman Əzizli, Samir Qaracayev.

Ehtiyat hakim: Nazim Abdullayev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı OİK stadionu.