"Cəbrayıl"ın qapıçısı "Zaqatala"da

  "Cəbrayıl"ın qapıçısı "Zaqatala"da

"Zaqatala" heyətini gənc qapıçı Həsən Həsənli ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.

"Qəbələ" akademiyasının yetirməsi olan 22 yaşlı qolkiper U-17 və U-19 milli komandaların heyətində çıxış edib. Həsənli son mövsümü "Cəbrayıl"da keçirib.