"Cəbrayıl" sabah Azərbaycan 1-ci Liqasına vəsiqə qazanacaq?

"Cəbrayıl" sabah Azərbaycan 1-ci Liqasına vəsiqə qazanacaq?

Futbol üzrə Azərbaycan 1-ci Liqasında pley-off mərhələsinin cavab oyununun saatı və hakimlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Araz Saatlı" və "Cəbrayıl" kollektivləri arasında görüş sabah baş tutacaq.

Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:30-da başlanacaq.

Qarşılaşmanı Tural Qurbanov idarə edəcək.

Xatırladaq ki, Bakıda oynanılmış ilk dueldə "Cəbrayıl 2:0 hesablı qələbə qazanıb.


Azərbaycan 1-ci Liqası. Pley-off. Cavab oyunu


“Araz Saatlı” - “Cəbrayıl”

Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Teymur Teymurov, Kamran Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Saatlı OİK stadionu, 17:30. İlk matç - 0:2.