Cüdoçularımız Polşada Avropa Kata turnirində iştirak edəcəklər

Cüdoçularımız Polşada Avropa Kata turnirində iştirak edəcəklər

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, yarışda 10 ölkədən 104 idmançı qüvvəsini sınayacaq.

Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.


"Nage-no-Kata"

Malik Alahverdiyev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

İsmayıl Rzayev - tori

İbrahim Aslanov - uke


"Katame-no-Kata"

Rafiq Nəcəfov - tori

Əmrah Əhmədov - uke