Azərbaycan Avropa Kubokunun ilk günündə 10 medal qazanıb

Azərbaycan Avropa Kubokunun ilk günündə 10 medal qazanıb

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar.

Mediasport.az xəbər verir ki, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq, oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

50 kq-da Məhəmmədəli Hüsiyev və 55 kq-da Nihad Məmişov qızıl medala sahib çıxıblar.

60 kq-da Fərid Qarayev gümüş, Özqan Quliyev bürünc medal, 66 kq-da Ramil Mahmudov və Səlim Sultanov bürünc medala əldə ediblər.

Qızlar arasında 40 kq-da Xədicə Abdullayeva, 44 kq-da Leyla Ələkbərova, 52 kq-da Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıblar.

Qeyd edək ki, 14 ölkədən 323 (Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq, həmçinin neytral statuslu cüdoçular) idmançının mübarizə apardığı yarışda Azərbaycan 140 idmançı - 95 oğlan və 45 qızla təmsil olunur.