Avropa çempionatı: Yığmamız Niderlanda məğlub olub

  Avropa çempionatı: Yığmamız Niderlanda məğlub olub

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə start verib.

Mediasport.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə qarşılaşıb.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.

Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.