2023-cü ildə klub səviyyəsində ən yaxşı baş məşqçi Qvardiola olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ildə klublarda işləyənlər arasında ən yaxşı baş məşqçini müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" komandasının çalışdırıcısı Pep Qvardiola (281 xal) layiq görülüb.
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti (56) ikinci, İtaliya çempionu "Napoli"nin sabiq çalışdırıcısı Luçano Spaletti üçüncü olub.
Xatırladaq ki, Qvardiola cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya çempionatının qalibi olub.