Dünya çempionatı: Yaponiya Çin millisinə 7 cavabsız qol vurdu

 Dünya çempionatı: Yaponiya Çin millisinə 7 cavabsız qol vurdu

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Asiya qitəsi üzrə seçmələrində üçüncü mərhələyə start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 9 matç keçirilib.

7 qolun vurulduğu Yaponiya - Çin matçında birincilər darmadağınla qələbə qazanıblar.

Xatırladaq ki, bu mərhələdə 18 milli komanda 3 qrupda mübarizə aparacaq.

DÇ-2026 - Asiya qitəsi üzrə seçmələr. Üçüncü mərhələ

A qrupu

Özbəkistan - Şimali Koreya 1:0

İran - Qırğızıstan 1:0

Qətər - Birləşmiş Ərəb Əmirlikləri 1:3

B qrupu

Cənubi Koreya - Fələstin 0:0

İraq - Oman 1:0

İordaniya - Küveyt 1:1

C qrupu

Avstraliya - Bəhreyn 0:1

Yaponiya - Çin 7:0

Səudiyyə Ərəbistanı - İndoneziya 1:1