3-cü turda yubileyini keçirən Tural 15-ci turda mükafatlandırılıb

3-cü turda yubileyini keçirən Tural 15-ci turda mükafatlandırılıb

“Kəpəz”in futbolçusu Tural Rzayev Azərbaycan Premyer Liqasının 3-cü turunda - “Turan Tovuz”la görüşdə komandasının heyətində yubiley - 100-cü oyununu keçirmişdi.

Mediasport.az xəbər verir ki, Gəncə klubunun rəhbərliyi bu münasibətlə Premyer Liqanın 15-ci turunun "Sabah"la matçından öncə yubilyarı təbrik edib.

Təcrübəli yarımmüdafiəçiyə rəmzi forma hədiyyə təqdim edilib.