Türkiyədə çıxış edən bu futbolçu millimizin heyətindən çıxarıldı

Türkiyədə çıxış edən bu futbolçu millimizin heyətindən çıxarıldı

Noyabrın 10-da və 13-də “Dalğa Arena”da Xorvatiyanın qadınlardan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

mediasport.az xəbər verir ki, Türkiyənin “Qaziantep Asya Spor” klubunun üzvü Alina Nəhmədovanın əvəzinə 8№-li İOEUGİM-də çıxış edən Fatimə Əhmədova dəvət olunub.