38-ci çempionluğu qazandılar

38-ci çempionluğu qazandılar

Argentina Superliqasında çempionluğun taleyinə aydınlıq gətirilib.

MediaSport.az xəbər verir ki, “Estudiantes” üzərində 3:1 hesablı qələbə qazan “River Pleyt” vaxtından əvvəl qızıl medalları təmin edib.

Tarixində 38-ci çempionluğu qazanan Buenos-Ayres klubu ən yaxın rəqibi və həmşəhərliləri - "Boka Xunyors"dan 3 addım önə keçiblər. Ötən mövsüm çempion olan "Boka Xunyors"un aktivində 35 çempionluq var.