ÇL başlandı: "Qarabağ"ın potensial rəqiblərindən qonaqlar sevindi
"Köhnə qitə" Avropanın ən ali futbol turniri UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.
Mediasport.az xəbər verir ki, 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyun günündə 6 matç baş tutub.
Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibləri də bu raundda qarşılaşıblar.
Malta təmsilçisi "Hamrun" evdə Cəbəllütariqin "Linkoln" kollektivinə məğlub olub. Cavab görüşü iyulun 16-da baş tutacaq.
Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda reallaşacaq.
Bu gün daha 8 duel oynanılacaq.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin yeni transfer olunduğu Albaniya çempionu "Eqnatia" Bosniyada "Boraç"ın qonağı olacaq.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar
"Panevejis" (Litva) - "Helsinki" (Finlandiya) 3:0
"Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) 0:1
TNS (Uels) - "Deçiç" (Monteneqro) 3:0
"Santa Koloma" (Andorra) - "Ballkani" (Kosovo) 1:2
"Vikinqur" (İslandiya) - "Şemrok" (İrlandiya) 0:0
"Virtus" (San-Marino) - "Styaua" (Rumıniya) 1:7
10 iyul
19:00 "Ordabası" (Qazaxıstan) - "Petrokub" (Moldova)
20:00 "Flora" (Estoniya) - "Çelye" (Sloveniya)
21:00 RFS (Latviya) - "Larne" (Şimali irlandiya)
21:00 "Slovan" (Slovakiya) - "Struqa" (Şimali Makedoniya)
22:00 "Klaksvik" (Farer adaları) - "Differdanj" (Lüksemburq)
22:00 "Ludoqores" (Bolqarıstan) - "Dinamo" (Gürcüstan, Batumi)
22:45 "Dinamo" (Belarus, Minsk) - "Pünik" (Ermənistan)
23:00 "Boraç" (Bosniya və Herseqovina) - "Eqnatia" (Abaniya)