DÇ-2022: Xorvatiya 1/4 finalda
Dünya Kubokunun 1/8 final mərhələsinin növbəti oyunu start götürüb.
mediasport.az xəbər verir ki, bu dəqiqələrdə davam edən Yaponiya - Xorvatiya qarşılaşmasında tərəflər hərəyə bir dəfə fərqləniblər.
Görüş bərabərliklə bitdiyi üçün cari mundialda ilk dəfə əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyincə, komandalar "lotereya"ya - 11 metrlik cərimə zərbələrinə müraciət ediblər. "Ağ nöqtə"da daha dəqiq olan vitse-Dünya çempionları adlarını 1/4 finala yazdırıblar. Yaponiyanın 3 futbolçusu penaltini qolla tamamlaya bilməyib. Xorvatiyanın bu mərhələdəki rəqibi saat 23:00-da başlanacaq Braziliya - Cənubi Koreya oyununun qalibi olacaq.
Dünya Kuboku-2022. 1/8 final
Yaponiya - Xorvatiya 1:1 (əsas vaxt) (penaltilərlə - 1:3)
Qollar: Dayzen maeda, 44 - İvan Perişiç, 56.
Baş hakim: İsmayıl Elfat (ABŞ)