IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb
2027-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ilk dəfə 2015-ci ildə Bakıda keçirilmiş yarış Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Bu barədə İstanbul meri Əkrəm İmamoğlu mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Avropa Oyunları 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində baş tutub.