Azərbaycan güləşçisindən dünya çempionatında bürünc medal
İordaniyanın Əmman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın yunan-Roma komandası mundialda ilk medalını qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Əmrah Əmrahov 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Yedige Toleutayevə 3:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.