Yığma komandamızdan əzmkar və vacib qələbə - Avropa çempionatı

Yığma komandamızdan əzmkar və vacib qələbə - Avropa çempionatı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

mediasport.az xəbər verir ki, C qrupunda yer alan yığma komandamız 4-cü tur çərçivəsində Yunanıstan seçməsi ilə qarşılaşıb.

Ataman Güneyligilin baş məşqçisi olduğu millimiz dramatik keçən görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb - 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12).

Qeyd edək ki, voleybolçularımız qrupun son matçında sabah İsveçlə üz-üzə gələcəklər. Komandamız hazırda aktivindəki 5 xalla qrupda 6 komanda arasında 3-cü pillədə qərarlaşıb. İlk 4 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaqlar.