6 cüdoçumuz fiaskoya uğradı
Sloveniyanın Sele şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri başa çatıb. MediaSport.az xəbər verir ki, ikinci yarış günündə meydana çıxan təmsilçilərimiz fiaskoya uğrayıblar.
6 cüdoçumuzdan heç biri medal qazana bilməyib. Ən yaxşı nəticəni 81 kq-da yarışan Məhərrəm İmamverdiyev və 100 kiloqramdan yuxarı çəkidə Camal Qamzatxanov göstərib. Hər ikisi 5-ci olub.
Nəticədə, millimiz Avropa Kubokunu ilk gündə qazanılan 6 medalla başa vurub. Yarışın birinci günündə Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) qızıl, Kənan İsmayılov (60 kq) və Nəriman Mirzəyev (73 kq) gümüş, Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmışdı.