Azərbaycanın 7 cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq

Azərbaycanın 7 cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Kişilər arasında Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Ruslan Paşayev, Kamran Süleymanov (hər ikisi 66 kq) məşqçilərin etimadını doğrultmalıdırlar.

Qadınlarda isə Leyla Əliyeva (48 kq), Acelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.