Azərbaycan dünya çempionatını medal sıralamasında lider bitirdi
Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə U-20 dünya çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan mundialda komanda hesabında 1-ci pillədə qərarlaşıb.
Yığmamızın qazandığı medallardan 4-nün əyarı qızıl, 2-si gümüş, 2-si isə bürünc olub.
Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamillə (90 kq) Kənan Nəsibov (+100 kq) isə bürünc medala yiyələnib.
Azərbaycanı sıralamada Serbiya (3-1-1) və Fransa (2-1-5) izləyib.