Cüdoçularımız "Böyük Dəbilqə" yarışına uğursuz başlayıblar
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirinə uğursuz başlayıblar.
Mediasport.az xəbər verir ki, milli komandamızın iki üzvü - Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medal qazana bilməyiblər.
Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) uduzub, Əhməd Yusifov isə iki rəqibinə qalib gəldikdən sonra 1/8 finalda yerli idmançı Romeyn Pikara məğlub olub.
3 gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu mübarizə aparacaq.
Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.