Avropa çempionatında millimizin rəqibləri: Fransa, İtaliya və Avstriya

Avropa çempionatında millimizin rəqibləri: Fransa, İtaliya və Avstriya

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yayda keçiriləcək minifutbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyində F qrupunda mübarizə aparacaq.

Komandamızın rəqibləri Fransa, İtaliya və Avstriya yığmaları olacaqlar.

24 millinin çıxış edəcəyi Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində təşkil ediləcək.

Sonuncu dəfə 2022-ci ildə keçirilmiş birinciliyin qalibi Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan millisidir.

Turnirdə ən çox çempionluq qazanan ölkə isə 2010-2015-ci illərdə ardıcıl 6 dəfə 1-ci olan Rumıniya seçməsidir.