"Zəngəzur" 1/4 finala çıxıb

"Zəngəzur" 1/4 finala çıxıb

Azərbaycanı minifutbol üzrə Avropa Kubokunda təmsil edən "Zəngəzur" pley-off mərhələsini uğurla adlayıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz bu raundda Bolqarıstanın "Mexkit" klubuna minimal hesabla qalib gəlib - 1:0.

Əjdr Əjdərovun baş məşqçisi olduğu kollektiv 1/4 finalda İsrailin "Red Mit Tadrian" klubu ilə qarşılaşacaq.