AFFA İntizam Komitəsi Premyer Liqanın 4 klubunu cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın 4 klubunu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən 4 klub cərimələnib.

7-ci turun “Araz-Naxçıvan” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt təmsilçisi 700 manat ziyana düşüb.

"Neftçi" - "Sumqayıt" görüşündə 6 futbolçusu sarı vərəqə alan qonaq komanda da 700 manat cərimə ödəyəcək.

"Şamaxı" və "Turan Tovuz"a da müvafiq olaraq meydan sahiblərinin 4, tovuzluların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimə edilib.