AFFA rəsmisi "Beşiktaş"ın Konfrans Liqası oyununa təyinat alıb

AFFA rəsmisi "Beşiktaş"ın Konfrans Liqası oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, Türkiyədə "Beşiktaş" və Belçikanın “Brugge” komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.