Olimpiya mükafatçımız dünya reytinqində mövqeyini qorudu

Olimpiya mükafatçımız dünya reytinqində mövqeyini qorudu

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovun dünya reytinqində mövqeyi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançısı ikinci pillədə qərarlaşıb.

Əvvəlki yerini qoruyan taekvondoçumuz yalnız hesabında 200 xal olan koreyalı Tae-Conq Parkdan geri qalır.

Təmsilçimizin aktivində 120 xal var.

Qaşim 3-cü pillənin sahibi tunisli Mohammed Cendubidən 78 xal öndədir.