Musanın komandası 4-cü olub, "Qarabağ"ın rəqibi "bürünc" qazanıb
Futbol üzrə İsveç Superliqasında mövsümə yekun vurulub.
Mediasport.az xəbər verir ki, 30 tura 64 xal toplayan "Malmö" 23-cü dəfə çempion olub.
Eyni xala malik "Elfsborq" mövsümü ikinci pillədə yekunlaşdırıb.
Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" 50 xalla 4-cü yeri tutub və avrokuboklardan kənar qalıb.
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Hekken" isə çempionatın bürünc medallarını qazanıb. Göteborq təmsilçisi 57 xalla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" - "Hekken" matçı dekabrın 14-də Bakıda keçiriləcək.