Almaniya klubu "Qarabağ"la oyunlar öncəsi müqaviləni yenilədi
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" futbolçusu Edmond Tapsoba ilə müqavilənin müddətini artırıb.
Mediasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Burkina Fasodan olan 24 yaşlı müdafiəçi ilə anlaşmanı 2028-ci ilə qədər uzadıb.
Tapsoba "aspirinlər"in heyətində 2020-ci ildən çıxış edir.
"Qarabağ"ın Almaniya klubu ilə 3-cü tur çərçivəsində ilk qarşılaşması oktyabrın 6-da səfərdə keçiriləcək. Növbəti turda komandaların dueli noyabrın 9-da Bakıda olacaq.