"Kəpəz"in yola salacağı futbolçulardan ikisinin kimliyi dəqiqləşdi
Qış fasiləsində "Kəpəz"dən gedəcək futbolçulardan 2-nin adına aydınlıq gəlib.
mediasport.az saytının əldə etdiyi məlumata görə, hücumçu Rauf Əliyevin gedəcəyi gözləniləndirsə, müdafiəçi Peyman Keşavarzi də Gəncə klubunu tərk edəcək.
Tərlan Əhmədovun gəlişindən sonra "qara siyahı"ya düşən hər iki futbolçu "Kəpəz"də günlərini sayır. Millimizin keçmiş futbolçusu formadan düşməmək üçün artıq 5-6 turdur ki, "dubl"da oynayır. Keşavarzi isə hələlik quru maaşla kifayətlənir.
Mənbənin bildirdiyinə görə, bu iki futbolçunu yola salmaqla kifayətlənməyəcək Gəncə təmsilçisi yayda 1 illik müqavilə bağladığı Peymanla artıq qarşılıqlı şəkildə razılaşıb. Azərbaycanda qalmaq istəyən iranlı özünə yeni klub axtarır.