"Qəbələ"nin keçmiş futbolçusuna klub rəhbərliyində iş verilib
2015/2016-cı illər mövsümündə "Qəbələ"də oynamış Ermin Zeç peşəkar karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, 35 yaşlı bosniyalı vinger ilk peşəkar klubu "İskra"da çalışacaq.
Veteran futbolçu Bosniya və Herseqovina təmsilçisinin rəhbərliyində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Zeç "qırmızı-qaralar"ın heyətində 32 oyun keçirib, 7 qol vurub.