"Qəbələ" qələbəni əldən verdi
Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" "Sepsi" klubu ilə üz-üzə gəlib. "Arcadia Sports Senter"də baş tutan matçda qalib müəyyənləşməyib.
Azərbaycan təmsilçisindən qolları 7-ci dəqiqədə Ülvi İsgəndərov və 66-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. 83-cü dəqiqədə Ruan Renato qırmızı vərəqə alıb. Rəqibin heyətində Marion Rondon və 11 metrlik cərimə zərbəsindən Marius Ştefanesku fərqlənib.
Elmar Baxşıyevin komandası Antalyada yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.