Andrey Şevçenko MOK-dan qalmaqallı şəkildə ayrıldı - SƏBƏB

Andrey Şevçenko MOK-dan qalmaqallı şəkildə ayrıldı - SƏBƏB

Dünya futbolunun canlı əfsanəsi Andrey Şevçenko Ukraynanın Milli Olimpiya Komitəsində üzvlüyündən ayrıldığını açıqlayıb.

mediasport.az xəbər verir ki, məşhur sima komitənin yeni tərkibində Rusiyayönümlü şəxslərin olduğuna görə bu addımı atıb.

O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib: "Ölkə tarixinin ən çətin vaxtında Ukraynanın yanında olmaqdan və qələbəmiz üçün əlimdən gələni etməkdən qürur duyuram. Mən bunu Milli Olimpiya Komitəsində şərəfli iş hesab edirəm, onun əhəmiyyətini anlayıram. Lakin mən belə tərkiblə MOK-da qala bilmərəm. Dünya rusiyalı idmançıların bütün səviyyəli yarışlarda iştirakını boykot edir, Ukraynada MOK-un tərkibinə isə rusiyayönlü siyasi qruplardan olan şəxslər daxil edilir...".