Azərbaycandan milyonlar qazanan biznesmen İngiltərə klubunu aldı

Azərbaycandan milyonlar qazanan biznesmen İngiltərə klubunu aldı

Gürcü əsilli qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin səviyyəcə 3-cü liqasında yarışan "Uikomb Uonderers" klubunu alıb.

Mediasport.az BBC-yə istinadən xəbər verir ki, 5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni əldə edib.

Maraq üçün deyək ki, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi məhz 49 yaşlı biznesmendir.

"Uikomb Uonderers" 2023/2024-cü illər mövsümünü 10-cu pillədə başa vurub.

Komanda yeni başa çatan mövsümdə 46 oyunun 17-də qələbə qazanıb, 14 dəfə heç-heçə edib, 15 matçda uduzub.