Qurbanov AÇIQLADI: "Qarabağ"ın basketbol komandası yaradılacaq"

Qurbanov AÇIQLADI: "Qarabağ"ın basketbol komandası yaradılacaq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman nazirliyinin dəvətilə bir sıra dövlət xadimi, rəsmilər və jurnalistlərlə işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edib.

mediasport.az xəbər verir ki, erməni tapdağından azad edilmiş əraziləri gəzən təcrübəli mütəxəssis Şuşada bu gün start götürən 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının oyunlarını izləyib.

Jurnalistlərə açıqlama verən Qurbanov "Qarabağ"ın Azərbaycan çempionatında basketbol komandasının da yaradılacağını deyib: “Bu barədə təklif olub. Rəhbərliyimizin elm və təhsil naziri Emin Əmrullayevlə bu barədə görüşləri olub. Düzdür, tam işin içində deyiləm. Ancaq müzakirələrin aparılması barədə məlumatım var. Belə bir variantın olma ehtimalı var. Basketbola marağım var, sadəcə, çoxdan idi ki, canlı izləmirdim. Cənab nazir dəvət elədi, böyük məmnuniyyətlə qəbul etdim. Mənim üçün çox maraqlı və xoş oldu. Həm bu gözəl diyarı gördüm, həm də belə yarışda iştirak elədim”.

51 yaşlı məşqçi Şuşada olduğu müddətdə bəzi yerləri gəzdiyini deyib, gördükləri haqda fikirlərini bölüşüb: “Şuşada çox yeri gəzdim. Hamının marağında olan yerləri gördüm, çox sevindim. Xatirələrimdə qalacaq günlər oldu”.