Dünya çempionu Naxçıvan şəhərinə polis rəisi təyin edildi

Dünya çempionu Naxçıvan şəhərinə polis rəisi təyin edildi

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

mediasport.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə Dünya çempionudur.