"Neftçi"nin azarkeşləri Rəşad Dağlıya dəstək şüarları səsləndirdilər
Premyer Liqanın 14-cü turunun "Neftçi" - "Qəbələ" (2:0) görüşündə maraqlı anlar yaşanıb.
mediasport.az saytının "Bakcell Arena"ya yollanmış əməkdaşı xəbər verir ki, meydan sahiblərinin azarkeşləri bugünlərdə həbs edilən məşhur meyxanaçı Rəşad Əmirova (Dağlı) dəstək şüarları səsləndiriblər.
Fanatlar ikinci hissədə Rəşadın son günlər sosial şəbəkələrdə geniş paylaşılan və narkotik vasitələrin əleyhinə dediyi meyxananın sözlərini səsləndiriblər.
Məşhur meyxanaçı bir neçə gün əvvəl şəxsi münasibətlər zəminində İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.