Aqil Nəbiyev: "Dominant futbol oynadıq, daha çox çalışmalıyıq"

Aqil Nəbiyev: "Dominant futbol oynadıq, daha çox çalışmalıyıq"

U-18 yığma komandalar arasında Rustavi şəhərində keçirilmiş Gürcüstan-Azərbaycan oyunundan sonra milli komandamızın baş məşçisi Aqil Nəbiyev açıqlama verib.

mediasport.az xəbər verir ki, gənc mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçı şərh edib, oyuna istəkli başladıqlarını deyib.

- İlk 45 dəqiqədə 3-4 yüz faizlik qol imkanımız oldu. Penaltidən yararlana bilmədik. Ümumi götürsək, oyuna nəzarət edən, topa daha çox sahib olan komanda biz idik. Səfərdə oynamağımıza baxmayaraq, daha dominant futbol oynadıq. Bir neçə əsas futbolçumuz yox idi, amma heyətə dəvət etdiyimiz oyunçular onların yoxluğunu hiss etdirmədi. Bu yaş qrupunda olan futbolçularla çox şeyə nail olmaq olar. Təbii ki, daha çox çalışmalıyıq. Əsas çatışmazlıq uşaqların beynəlxalq oyun təcrübələrinin az olmasıdır. Qarşıdakı illərdə daha çox beynəlxalq səviyyədə oyunlar oynayıb, daha çox inkişaf etmək olar”.