“Bakı Marafonu-2024” baş tutub, qaliblər mükafatlandırılıb - FOTO

“Bakı Marafonu-2024” baş tutub, qaliblər mükafatlandırılıb - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024” baş tutub.

Mediasport.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci yeri tutub.

Azərbaycan təmsilçisi Anna Yusupova ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü olub.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb.

İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.