"Araz-Naxçıvan" Superliqa klubu ilə bərabərə qaldı, Santosdan ilk qol
Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" ilk yoxlama oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi klub Superliqa təmsilçisi "Alanyaspor"la qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Naxçıvan klubunun qolunu yeni transfer Flipe Santos vurub.
Xatırladaq ki, təmsilçimiz iyulun 21-də Küveytin “Əl-Ərəbi”, 24-də isə Özbəkistanın “Soqdiana” klubları ilə üz-üzə gələcək.
“Qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək.